The Noble Qur'an Encyclopedia
Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languagesThe Women [An-Nisa] - Azerbaijani translation - Alikhan Musayev - Ayah 97
Surah The Women [An-Nisa] Ayah 176 Location Madanah Number 4
إِنَّ ٱلَّذِينَ تَوَفَّىٰهُمُ ٱلۡمَلَٰٓئِكَةُ ظَالِمِيٓ أَنفُسِهِمۡ قَالُواْ فِيمَ كُنتُمۡۖ قَالُواْ كُنَّا مُسۡتَضۡعَفِينَ فِي ٱلۡأَرۡضِۚ قَالُوٓاْ أَلَمۡ تَكُنۡ أَرۡضُ ٱللَّهِ وَٰسِعَةٗ فَتُهَاجِرُواْ فِيهَاۚ فَأُوْلَٰٓئِكَ مَأۡوَىٰهُمۡ جَهَنَّمُۖ وَسَآءَتۡ مَصِيرًا [٩٧]
Mələklər özlərinə zülm edənlərin canlarını alarkən (onlara:) “Siz nə halda idiniz?”– deyəcəklər. Onlar: “Biz yer üzündə zəif insanlar idik!” – deyə cavab verəcəklər. (Mələklər də onlara:) “Məgər Allahın yeri (diyarınızı tərk etmənizə yetəcək) qədər geniş deyildimi ki, siz də orada hicrət edəydiniz?”– deyəcəklər. Onların gedəcəkləri yer Cəhənnəmdir. Ora necə də pis dönüş yeridir.