عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The Beneficient [Al-Rahman] - Azerbaijani translation - Alikhan Musayev

Surah The Beneficient [Al-Rahman] Ayah 78 Location Maccah Number 55

Rəhman! (Mərhəmətli olan Allah!)

Ona bəyanı (duyğularını ifadə etməyi) öyrətdi.

Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edir).

Otlar (və ya ulduzlar) da, ağaclar da (Allaha) səcdə edir.

(Allah) göyü ucaltdı və (yer üzündə) mizanı (ədaləti) qoydu ki,

Həmçinin, saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır.

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

Cannı da (Cinlərin atası olan İblisi də) xalis oddan O yaratdı.

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

O, qarşı-qarşıya gələn (suyu şirin və acı olan) iki dənizi bir-birinə qovuşdurdu.

Onların arasında bir maneə vardır, bir-birinə qatışa bilməzlər.

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də Onundur.

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

Ey insanlar və cinlər! (Tezliklə) sizi hesaba çəkəcəyik.

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

Üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək və siz bir-birinizə kömək edə bilməyəcəksiniz.

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

Göy yarılıb dağ edilmiş yağ (yaxud ərinmiş qurğuşun) kimi qıpqırmızı olacaqdır.

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

Günahkarlar simalarından (üzlərinin qaralığından, gözlərinin göylüyündən) tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar.

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

(Onlara belə deyiləcəkdir:) Bu, günahkarların yalan saydıqları Cəhənnəm!

Onlar onunla (Cəhənnəm atəşi ilə) olduqca qaynar su arasında dolanacaqlar.

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

Rəbbinin hüzurunda durmaqdan qorxanlar üçün iki cənnət vardır.

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

(O iki Cənnətin hər) ikisində də (növbənöv meyvələrlə dolu) ağaclar vardır.

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

(Hər) ikisində də iki axar bulaq vardır.

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

(Hər) ikisində də hər meyvədən cüt-cüt vardır.

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

Onlar (orada) astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki cənnətin meyvələri onlara yaxın olacaqdır.

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

Orada gözlərini (öz ərlərinə) dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qadınlar vardır.

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

Onlar (o qadınlar gözəllikdə) sanki yaqut və mərcandırlar.

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

Bu Cənnətdən başqa daha iki Cənnət də vardır.

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

Hər ikisi tünd yaşıldır.

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

(Hər) ikisində də fışqırıb qaynayan iki bulaq vardır.

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

(Hər) ikisində də (cürbəcür) meyvələr, xurma ağacları və nar vardır.

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

Orada xoş xasiyyətli, gözəl (üzlü) qadınlar vardır.

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

Çadırlar içində qorunub saxlanılmış (və ya: gözlərini öz ərlərinə dikmiş) hurilər vardır.

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

Onlara ərlərindən öncə heç bir insan və cin toxunmamışdır.

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

Onlar yaşıl balışlara və gözəl döşəkçələrə dirsəklənəcəklər.