عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The Ranks [As-Saff] - Azerbaijani translation - Alikhan Musayev

Surah The Ranks [As-Saff] Ayah 14 Location Madanah Number 61

Etmədiyiniz bir şeyi deməyiniz Allah yanında böyük qəzəblə qarşılanır.

Bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Mənim Allahın rəsulu olduğumu bildiyiniz halda, nə üçün mənə əziyyət verirsiniz?!” Onlar (doğru yoldan) azdıqda, Allah da onların qəlblərini azdırdı. Allah fasiq bir qövmü doğru yola yönəltməz.

(Ey Peyğəmbər! Xatırla ki,) bir zaman Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən mən, Allahın sizə göndərdiyi, məndən əvvəl (nazil edilmiş) Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı peyğəmbərlə (sizi) müjdələyən bir elçisiyəm!” Sonra (İsa yaxud Əhməd) onlara açıq-aydın dəlillər gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!”– dedilər.

(Belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl məskənlərə daxil edər. Bu, böyük uğurdur.

(Sizin üçün) sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. (Ey Peyğəmbər!) Möminləri (bununla) müjdələ.