عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

Banning [At-Tahrim] - Azerbaijani translation - Alikhan Musayev

Surah Banning [At-Tahrim] Ayah 12 Location Madanah Number 66

Ey Peyğəmbər! Zövcələrinin razılığını diləyərək Allahın sənə halal etdiyini nə üçün özünə haram edirsən?! Allah Bağışlayandır, Rəhmlidir.

Allah, andlarınızı (kəffarə verməklə) pozmağı sizə izin vermişdir. Allah sizin himayədarınızdır. O, Biləndir, Hikmət sahibidir.

Bir zaman Peyğəmbər öz zövcələrindən birinə (Hafsaya sirr olaraq bir) söz söylədi. O da (Hafsa da) bunu (Aişəyə) xəbər verdikdə və Allah da bunu ona (Peyğəmbərə) aşkar etdikdə, o (Peyğəmbər), bunun bir qismini (Hafsaya) bildirdi, digər bir qismini bildirməkdən isə vaz keçdi. (Peyğəmbər) bunu ona (Hafsaya) bildirdikdə o dedi: “Bunu sənə kim xəbər verdi?” O da: “Bunu mənə (hər şeyi) Bilən, (hər şeydən) Xəbərdar olan (Allah) xəbər verdi!”– dedi.

(Ey Hafsa və Aişə!) Hər ikiniz Allaha tövbə etməlisiniz. Çünki ikinizin də qəlbi (günaha) meyl etmişdir. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə dəstək versəniz, (bilin ki,) Allah, Cəbrail və saleh möminlər onun (dostu və) yardımçısıdır. Bunlardan başqa mələklər də onun yardımçılarıdır.

Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Onların hər ikisi, Bizim saleh qullarımızdan iki qulun nikahında idilər. Onlar ərlərinə xəyanət etdilər və ərləri onları Allahdan (Allahın əzabından) heç cür xilas edə bilmədilər. Onlara: “Oda girənlərlə birgə ikiniz də ora girin!”– deyildi.

(Allah, həmçinin,) ismətini qoruyan İmran qızı Məryəmi də (misal çəkdi). Biz ona (Cəbrail vasitəsilə libasının yaxasından) Öz ruhumuzdan üfürdük. O, Rəbbinin Sözlərini və Onun Kitablarını təsdiq etdi və itaət edənlərdən oldu.