عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

Defrauding [Al-Mutaffifin] - Azerbaijani translation - Alikhan Musayev

Surah Defrauding [Al-Mutaffifin] Ayah 36 Location Maccah Number 83

Çəkidə və ölçüdə aldadanların vay halına!

O kəslər ki, insanlardan (bir şey) alıb ölçdükləri zaman (onu) tam ölçərlər.

Onlar üçün bir şey ölçdükləri və ya çəkdikləri zaman (onu) əskildərlər.

Məgər onlar (öldükdən sonra) diriləcəklərini zənn etmirlərmi?!

(Özü də) əzəmətli bir gündə.

O gün insanlar aləmlərin Rəbbi üçün (qəbirlərindən) qalxacaqlar!

Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əfsanələridir!”– deyər.

Sonra onlara: “Budur sizin yalan saydığınız (Cəhənnəm)!”– deyiləcəkdir.

Ona, Allaha yaxın olanlar (mələklər) şahid olar.

Həqiqətən, yaxşılar nemət içində olacaqlar.

Onlar taxtlar üstündə (əyləşib Allahın nemətlərinə) baxacaqlar.

Sən onların üzündə nemətlərin sevincini görəcəksən.

Onlara möhürlü (əl dəyməmiş) şərabdan içirdiləcəkdir.

Onun qatışığı təsnimdəndir (təsnim bulağındandır).

O elə bir bulaqdır ki, ondan (Allaha) yaxın olanlar içərlər.

Onların (möminlərin) yanından keçdikdə bir-birinə qaş-göz edirdilər.

Ailələrinin yanına qayıtdıqda (möminlərə istehza etdikləri üçün) fərəhlə qayıdırdılar.

Onları (möminləri) gördükdə isə: “Bunlar azmışlardır!”– deyirdilər.

Halbuki onlar möminlərə gözətçi göndərilməmişdilər.

Onlar taxtlar üstündə (əyləşib Allahın nemətlərinə) baxacaqlar.