لَّقَدۡ كَفَرَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَۚ قُلۡ فَمَن يَمۡلِكُ مِنَ ٱللَّهِ شَيۡـًٔا إِنۡ أَرَادَ أَن يُهۡلِكَٱلۡمَسِيحَ ٱبۡنَ مَرۡيَمَ وَأُمَّهُۥ وَمَن فِي ٱلۡأَرۡضِ جَمِيعٗاۗ وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَاۚ يَخۡلُقُ مَايَشَآءُۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
الآذرية | Azeri
Nəsranilərdən: “Allah Məryəm oğlu İsa Məsihdir!“– deyənlər artıq kafir oldular. Ey Peyğəmbər! Onlara de: “Məgər Allah Məryəm oğlu İsa Məsihi, onun anasını və bütün yer üzündə olanların hamısını məhv etmək istəsə, kim Ona mane olmağa qadirdir?!“ Əgər heç kimsə Ona bu işdə mane ola bilməzsə, bu, Allahdan başqa heç bir ilahın olmadığına, Məryəm oğlu İsanın, onun anasının və bütün bəşəriyyətin Allahın məxluqatı olduğuna dəlalət edir. Göylərin, yerin və onların arasında olanların mülkü Allaha məxsusdur. Allah istədiyini yaradır. Onun yaratmaq istədiyi məxluqundan biri də: İsadır – əleyhissalam, o, Allahın qulu və rəsuludur. Allah hər şeyə qadirdir.
مَّا ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَ إِلَّا رَسُولٞ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِ ٱلرُّسُلُ وَأُمُّهُۥ صِدِّيقَةٞۖ كَانَا يَأۡكُلَانِ ٱلطَّعَامَۗ ٱنظُرۡكَيۡفَ نُبَيِّنُ لَهُمُ ٱلۡأٓيَٰتِ ثُمَّ ٱنظُرۡ أَنَّىٰ يُؤۡفَكُونَ
الآذرية | Azeri
Məryəm oğlu İsa Məsih – aleyhissalam – göndərilən elçilərdən yalnız bir elçidir, o da özündən əvvəlki, elçilər kimi ölümə məhkumdur. Onun anası Məryəm – aleyhəssalam – isə Allaha sidq ürəkdən çox inanan bir qadın idi. Onların hər ikisi də ehtiyacı üzündən yemək yeyirdi. Yeməyə ehtiyaci olan bu iki kimsə necə ilah ola bilər axı?! Ey Peyğəmbər! Bax gör, Biz Allahın təkliyinə dəlalət edən ayələri və onların Allahdan qeyrisinə ilahlıq nisbət etmələrinin batil olmasını onlara necə bəyan edirik, lakin onlar bununla yanaşı yenə də bu ayələri inkar edirlər. Sonra bir daha bax gör Allahın təkliyinə dəlalət edən açıq-aydın ayələrin olması ilə yanaşı necə də onlar haqdan döndərilirlər.
إِذۡ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ ٱذۡكُرۡ نِعۡمَتِي عَلَيۡكَ وَعَلَىٰ وَٰلِدَتِكَ إِذۡ أَيَّدتُّكَ بِرُوحِ ٱلۡقُدُسِ تُكَلِّمُ ٱلنَّاسَفِي ٱلۡمَهۡدِ وَكَهۡلٗاۖ وَإِذۡ عَلَّمۡتُكَ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَۖ وَإِذۡ تَخۡلُقُ مِنَ ٱلطِّينِ كَهَيۡـَٔةِ ٱلطَّيۡرِبِإِذۡنِي فَتَنفُخُ فِيهَا فَتَكُونُ طَيۡرَۢا بِإِذۡنِيۖ وَتُبۡرِئُ ٱلۡأَكۡمَهَ وَٱلۡأَبۡرَصَ بِإِذۡنِيۖ وَإِذۡ تُخۡرِجُ ٱلۡمَوۡتَىٰ بِإِذۡنِيۖ وَإِذۡكَفَفۡتُ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ عَنكَ إِذۡ جِئۡتَهُم بِٱلۡبَيِّنَٰتِ فَقَالَ ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٞ
الآذرية | Azeri
Bir zaman Allah İsaya – əleyhissalam – xitab edərək belə dediyini xatırla: “Ey Məryəm oğlu İsa! Mən səni atasız xəlq etdiyim zaman sənə olan və anan Məryəmi – əleyhissalam – seçib öz dövründəki bütün qadınlardan üstün etdiyim nemətimi xatırla! Səni o zaman Cəbrail – əleyhissalam – vasitəsi ilə qüvvətləndirərək sənə bəxş etdiyim nemətimi xatırla! Sən həm – südəmər ikən – insanları Allaha dəvət edərək, həm də yetkin çağında səni onlara göndərdiyim dini danışırdın. Allahın sənə yazmağı, Musaya – əleyhissalam -nazil etdiyi Tövratı, sənə nazil edilən İncili, sənə şəriətin sirlərini, faydalarını və hikmətlərini öyrətməsi sənə olan nemətindəndir. Sənin palçıqdan quşa bənzər bir şey düzəldib sonra ona üfürüb onun quş olması, anadangəlmə kora, cüzam xəstəliyinə tutulanı dərisini sağaldıb şəfa verməyin və ölülərin dirilməsi üçün Allaha dua etdərək onları diriltməyin sənə olan nemətimdəndir. Bunların hamısı Mənim iznimlədir. Sən İsrail oğullarının yanına açıq-aydın möcüzələrlə gəldikdə onların səni öldürmək istədikləri zaman Allahın səni onlardan qoruması Onun sənə olan nemətindəndir. Onlar isə bunu inkar edərək: “İsanın gətirdiyi açıq-aydın sehrdən başqa bir şey deyildir“– demişdilər.
وَإِذۡ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ ءَأَنتَ قُلۡتَ لِلنَّاسِ ٱتَّخِذُونِي وَأُمِّيَ إِلَٰهَيۡنِ مِن دُونِ ٱللَّهِۖ قَالَ سُبۡحَٰنَكَمَا يَكُونُ لِيٓ أَنۡ أَقُولَ مَا لَيۡسَ لِي بِحَقٍّۚ إِن كُنتُ قُلۡتُهُۥ فَقَدۡ عَلِمۡتَهُۥۚ تَعۡلَمُ مَا فِي نَفۡسِي وَلَآ أَعۡلَمُ مَا فِينَفۡسِكَۚ إِنَّكَ أَنتَ عَلَّـٰمُ ٱلۡغُيُوبِ
الآذرية | Azeri
Qiyamət günü Allah Məryəm oğlu İsaya – əleyhissalam – xitab edərək: “Ey Məryəm oğlu İsa! Sən insanlara: “Allahı qoyub məni və anamı iki məbud qəbul edin!“– demişdin, deyəcəyini yadına sal?!“ İsa – əleyhissalam – Rəbbini bundan uca tutaraq cavabında deyəcək: “Onlara haqdan başqa bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Çünki Sənə heç bir şey gizli qalmaz. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybdə, gizlində və zahirdə olan hər bir şeyi bilən tək Sənsən!
